525.Az

Nigeriyada "Boko Haram" terror təşkilatının 15 üzvü təslim olub


 

Nigeriyada "Boko Haram" terror təşkilatının 15 üzvü təslim olub<b style="color:red"></b>

Nigeriyanın şimal-şərqində "Boko Haram"a qarşı keçirilən əməliyyatda terror təşkilatının 15 üzvü təslim olub.

525.az xarici mediaya istinadən xəbər verir ki, Nigeriya ordusu Borno əyalətinin Aquata bölgəsində "Boko Haram"a qarşı əməliyyat keçirdiyini açıqlayıb.

Açıqlamada əməliyyat zamanı 15 təşkilat üzvünün təslim olduğu, terrorçuların sığındığı düşərgənin dağıdıldığı bildirilib.

2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan "Boko Haram"ın təşkil etdiyi kütləvi zorakılıqlarda on minlərlə insan həyatını itirib.

Qeyd edək ki, təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirir.

Malik Atilay 

 





15.10.2024    çap et  çap et