525.Az
Mülayim hava şəraiti davam edəcək
Sabah Azərbaycanda hava yağmursuz olacaq.
Ekalogiya və Təbii Sərvətlər Nazirliyindən 525.az-a verilən məlumata görə, noyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam buludluluğun artacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-11, gündüz 13-16 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-11, gündüz 13-17, dağlarda gecə 1-5i, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Həftə sonu Abşeron yarımadasının yüksək atmosfer təzyiqi sahəsinin təsiri altında olması və mövsümə uyğun hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
16.11.2012
çap et