Səhər saatlarında Kiyevdə partlayışlar baş verib.
525.az xəbər verir ki, bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko sosial şəbəkə hesablarında paylaşım edib.
“Paytaxtda partlayış səsləri eşidilir. Hava hücumundan müdafiə sistemi işləyir”, - deyə o yazıb.
Daha sonra Kliçko əlavə edib ki, Kiyevin Troyeşçina rayonu üzərində pilotsuz təyyarələr göründüyü üçün hava hücumundan müdafiə sistemi yenidən işə düşüb.
Qeyd edək ki, dünən axşam da Kiyevin Dnepr çayının sol sahilində yerləşən rayonlarında partlayışlar baş verib.
İbrahim Cəfərov
çap et