525.Az
Nazirlikdən tətil günləri ilə bağlı açıqlama
Cari tədris ilində orta məktəblərin tətil günlərində heç bir dəyişiklik edilməyəcək.
Bu barədə Təhsil Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib. Nazirlikdən verilən məlumata görə, Nazirlər Kabinetinin Azərbaycanda dərs ilinin müddətinin uzadılması ilə bağlı qərarı gələn tədris ilindən etibarən icra olunacağından, 2014-2015-ci tədris ilində məktəblilərin payız, qış və yaz tətillərinə heç bir dəyişiklik edilməyib.
TN-dən verilən məlumatda o da qeyd olunur ki, 2014-2015-ci dərs ilində payız tətili günləri noyabrın 12-də başlayacaq, noyabrın 17-də isə başa çatacaq. Bu il həm 5 günlük, həm də 6 günlük məktəblərdə tətil günləri eyni olacaq. Dərslər noyabrın 18-də başlayacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, gələn ildən dərs ili iki yarımilə bölünəcək, birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil - 1 fevral - 14 iyun tarixlərini əhatə edəcək. Dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən ediləcək.
06.11.2014
çap et