525.Az

Bakıda iki avtomobil toqquşub - yanğın baş verib


 

Bakıda iki avtomobil toqquşub - <b style="color:red"> yanğın baş verib</b>

Bakıda yol nəqliyyat hadisəsi baş verib.

525.az-a bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Suraxanı rayonunda "ВАЗ" və “ZAZ” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib. Yanğın nəticəsində "ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 





16.10.2024    çap et  çap et