Türkiyədə baş verən güclü zəlzələ nəticəsində üç bina qismən çöküb.
525.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X"də etdiyi paylaşımda bildirib.
O qeyd edib ki, Malatya, Elazığ və Şanlıufa vilayətlərinin hər birində bir bina qismən çöküb.
Nazir bildirib ki, insan itkisi barədə məlumat hələ ki yoxdur.
***
Türkiyədə 5.9 maqnitudalı zəlzələ olub.
525.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ Malatya vilayətində qeydə alınıb.
Təbii fəlakət ətraf ərazilərdə də hiss edilib.
Ölkənin daxili işlər naziri Ali Yerlikaya zəlzələ barədə "X" hesabındakı paylaşımında bildirib ki, aidiyyəti qurumlar AFAD-la birgə ərazi araşdırmalarına başlayıb.
çap et