525.Az

Azərbaycanda mədən vergisi üzrə proqnoz sabit saxlanılır


 

Azərbaycanda mədən vergisi üzrə proqnoz sabit saxlanılır<b style="color:red"></b>

2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 160 milyon manatının və yaxud 0,4 %-nin mədən vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

525.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə eynidir.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.

 





16.10.2024    çap et  çap et