525.Az

Blinkenlə Sibiqa arasında telefon danışığı olub


 

Blinkenlə Sibiqa arasında <b style="color:red"> telefon danışığı olub</b>

ABŞ-nin dövlət katibi Entoni Blinkenlə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa arasında telefon danışığı olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibliyinin sözçüsü Mettyu Miller bildirib.

Onun sözlərinə görə, telefon danışığı zamanı tərəflər Avropa İttifaqı (Aİ) liderləri ilə gözlənilən diplomatik tədbirləri və təmasları müzakirə ediblər.

Blinken bildirib ki, ABŞ Ukraynanın hərbi potensialını gücləndirmək üçün ölkəyə hərbi və iqtisadi yardım göstərməyə davam edəcək.

Qeyd edək ki, oktyabrın 14-də ABŞ prezidenti Co Baydenin həftə sonu Almaniyaya səfər edəcəyi barədə məlumat yayıb. Səfər zaman Ukraynanın silahlandırılması ilə bağlı ABŞ və Almaniya dövlət başçıları arasında görüş gözlənilir. Daha əvvəl isə “Spiegel” jurnalı “Ramştayn” qrupunun iclasının oktyabrın 18-də keçiriləcəyini yazmışdı.

Xatırladaq ki, daha əvvəl iclas oktyabrın 12-nə planlaşdırılmışdı. Lakin “Milton” qasırğası səbəbindən Bayden Almaniyaya səfərini təxirə salmışdı.

İbrahim Cəfərov

 





16.10.2024    çap et  çap et