525.Az

Putinin sözçüsü: Moskva Astananın BRICS-lə bağlı mövqeyinə hörmətlə yanaşır


 

Putinin sözçüsü: Moskva Astananın BRICS-lə bağlı mövqeyinə hörmətlə yanaşır<b style="color:red"></b>

"Moskva Astananın BRICS-ə hazırda üzv olmaqla bağlı mövqeyinə hörmətlə yanaşır".

525.az APA-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Qazaxıstan prezidentinin müşaviri və mətbuat katibi Berik Ualinin prezident Kasım-Jomart Tokayevin Qazaxıstan hakimiyyətinin hazırda BRICS-ə qoşulmaq üçün ərizə verməkdən çəkinəcəyi barədə jurnalistlərin suallarını cavablayarkən deyib.

“Qazaxıstan bizim dostumuzdur, strateji tərəfdaşımızdır, müttəfiqimizdir. Biz münasibətlərimizi dəyərləndiririk. Ona görə də təbii ki, Qazaxıstanın özü müəyyən təşkilatlarda iştirak formatına qərar verir”, - deyə Kreml sözçüsü vurğulayıb.

Peskov qeyd edib ki, Rusiya Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Kazanda keçiriləcək BRIСS sammitində iştirakını səbirsizliklə gözləyir:

"Biz Qazaxıstan prezidentinin Kazana səfərini, BRICS plus/outreach formatında iştirakını səbirsizliklə gözləyirik. İstənilən halda Qazaxıstan prezidentinin iştirakı regional beynəlxalq əməkdaşlığın inkişafına böyük töhfə olacaq".

 





16.10.2024    çap et  çap et