525.Az

Tomas Tuhel rəsmən İngiltərə millisində


 

Tomas Tuhel rəsmən İngiltərə millisində<b style="color:red"></b>

Alman mütəxəssis Tomas Tuhel İngiltərə millisinin baş məşqçisi təyin edilib.

QOL.az xəbər verir ki, bu haqda milli komandanın mətbuat xidməti X hesabında məlumat yayıb.

51 yaşlı mütəxəssis vəzifəsinin icrasına 2025-ci ildən başlayacaq.

Tomas Tuhelin son klubu bu ilin mayında tərk etdiyi "Bavariya" olub. Daha əvvəl o, "Çelsi", PSJ, "Borussiya" (Dortmund) da çalışıb.

Hazırda İngiltərə millisinə müvəqqəti olaraq Li Karsli başçılıq edir. Avro-2024-də milli komanda Qaret Sautqeytin rəhbərliyi altında finala qədər irəliləmiş, həlledici matçda isə İspaniyaya uduzmuşdu - 1:2.

 





16.10.2024    çap et  çap et