ABŞ prezidentliyinə namizəd Donald Tramp müdafiə xərcləri az olan Birləşmiş Ştatların müttəfiqlərinə yardımı kəsməklə hədələyib.
525.az xəbər verir ki, siyasətçi bu barədə Bloomberg-ə müsahibəsində bildirib.
"Müttəfiqlərimiz bizdən öz maraqları üçün düşmənlərimizdən daha çox istifadə etdilər", deyən Tramp, münasibətləri dayanıqsız adlandırıb.
Bundan əvvəl ABŞ-da Trampın qalib gələcəyi təqdirdə NATO-dan çıxacağı barədə fikirlər gündəmə gəlib. Tramp qalib gələrsə, NATO üzvləri ilə ABŞ kəşfiyyat məlumatlarının mübadiləsini azalda biləcəyinə dair da ehtimallar səsləndirilib.
Amerikada prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. Ehtimal edilirdi ki, Əsas namizədlər hazırkı vitse-prezident demokrat Kamala Harrislə Donald Trampdır.
Pərvanə Sultanova
çap et