525.Az

Messi millidə özünü uşaq kimi hiss edir


 

Messi millidə özünü uşaq kimi hiss edir<b style="color:red"></b>

Argentina millisinin kapitanı Lionel Messi yığmadakı gələcəyindən danışıb.

QOL.az xəbər verir ki, ötən gün Boliviya ilə matçda het-trik və 2 qol ötürməsi edən 37 yaşlı hücumçu millidə özünü uşaq kimi hiss etdiyini deyib: 

"Hazırda olduğum yerdən həzz alıram. Məni hərəkətə gətirən də budur. Yaşıma baxmayaraq, millinin düşərgəsində olanda özümü uşaq kimi hiss edirəm. Çünki bu komandada özümü rahat hiss edirəm. Nə qədər ki, yaxşıyam və istədiyim kimi oynaya bilirəm, bu fürsətdən həzz almağa davam edəcəyəm”.

Messi Argentina millisində 189 oyun keçirib, 112 qol vurub və 60 qolun ötürməsini verib.

 





16.10.2024    çap et  çap et