525.Az

Səudiyyə Ərəbistana Livana növbəti humanitar yardım göndərib


 

Səudiyyə Ərəbistana Livana növbəti humanitar yardım göndərib<b style="color:red"></b>

Bu gün Səudiyyə Ərəbistanının humanitar yardım daşıyan dördüncü təyyarəsi Livana yola salınıb.

525.az SPA rəsmi agentliyinə istinadən xəbər verir ki, təyyarədə ölkə rəhbərliyinin göstərişinə uyğun olaraq müxtəlif humanitar yüklər, o cümlədən ərzaq, sığınacaq əşyaları və dərmanlar olub. Hava körpüsü istifadəyə verildiyi gündən bəri Səudiyyə Ərəbistanı Livana ümumi həcmi 290 ton təşkil edən yardım göstərib.

Yardım Səudiyyə Ərəbistanının Livan xalqı ilə həmrəylik nümayiş etdirmək, humanitar böhran nəticəsində insanların çəkdikləri əzabları yüngülləşdirmək üçün göstərdiyi səylərin bir hissəsidir və Krallığın müxtəlif böhranlar zamanı qardaş və dost ölkələrə nəcib humanitar rolunu təcəssüm etdirir.

Pərvanə Sultanova

 





16.10.2024    çap et  çap et