Hadisə Antalya aeroportunda baş verib.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rusiyalı turist yeni doğulmuş körpəsini əlillər üçün nəzərdə tutulmuş ayaqyolunda unitaza ataraq "aradan çıxmaq" istəyib.
Körpəni aeroportun qadın əməkdaşlarından biri tapıb. O, hadisə yerinə polis və təcili tibbi yardım briqadası çağırıb. Həkimlərin səyi nəticəsində körpə sağ qalıb. Polislər isə övladını atan ananı aşkarlayaraq həbs ediblər.
Bu, 2006-cı il təvəllüdlü Yekaterina Burnazkinadır. O, doğuşdan bir neçə dəqiqə sonra bilet almaq istəyərkən saxlanılıb.
Hazırda qadın və uşaq Antalya xəstəxanalarından birində həkimlərin nəzarəti altındadır.
İzahatı alınarkən, Katya əməlinə qəribə don geyindirməyə çalışıb - guya hamilə olduğunu bilmirmiş. Bəhanəyə baxmayaraq, törətdiyi əmələ görə ona qarşı cinayət işi qaldırılıb.
Qeyd edək ki, Katyanın anası Yelena Burnazkina da az sonra həbs edilib. İlkin araşdırmadan sonra körpəni ayaqyoluna məhz nənəsinin atdığı məlum olub.
L.Tağıyeva
çap et