525.Az

Türkiyədəki güclü zəlzələ nəticəsində 100-ə yaxın şəxs xəsarət alıb


 

Türkiyədəki güclü zəlzələ nəticəsində 100-ə yaxın şəxs xəsarət alıb<b style="color:red"></b>

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 94 nəfər yaralanıb.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Elazığ valisi Numan Hatipoğlu bildirib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində eyni zamanda iki bina ziyan görüb.

Zəlzələ ilə əlaqədar ölkənin Malatya, Elazığ, Şanlıurfa, Batman ve Adıyaman vilayətlərində tədris prosesi bir günlük dayandırılıb.

 





16.10.2024    çap et  çap et