525.Az

"Fergüssonunun "Mançester Yunayted"dən göndərilməsi böyük hörmətsizlikdir"


 

"Fergüssonunun "Mançester Yunayted"dən göndərilməsi böyük hörmətsizlikdir"<b style="color:red"></b>

“Mançester Yunayted”in keçmiş baş məşqçisi Ser Aleks Fergüssonun klubun səfiri vəzifəsindən uzaqlaşdırılması birmənaalı qarşılanmayıb.

QOL.az "The Mirror"a istinadən xəbər verir ki, "qımızı şeytanlar"ın sabiq futbolçusu Erik Kantona bununla bağlı danışıb:

"Bu, böyük hörmətsizlikdir. Tamamilə yanlış qərardır. Ser Aleks Fergüasson ölənə qədər klubda istədiyi hər şeyi edə bilməlidir" - deyə o bildirib.

Qeyd edək ki, "Mançester Yunayted"in yeni rəhbərliyi büdcəyə qənaət məqsədilə klubun əfsanəvi məşqçilərindən olan Fergüssonu işindən uzaqlaşdırıb. Aleks Fergüsson 1986-2013-cü illərdə "Mançester Yunayted"in baş məşqçisi olub. Mütəxəssis Britaniya futbol tarixində ən çox mükafat alan məşqçidir.

 





16.10.2024    çap et  çap et