Oktyabrın 17-də Rusiya xarici işlər naziri Sergey Lavrov İstanbula səfər edəcək.
525.a APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Lavrovun Türkiyəyə səfərinin məqsədi İstanbulda keçiriləcək “3+3” Regional Əməkdaşlıq Platformasının iclasında iştirak etməkdir.
Zaxarova qeyd edib ki, ölkəsi “3+3” regional əməkdaşlıq formatına Cənubi Qafqazda və Yaxın Şərqdə dayanıqlı sülh və sabitliyə nail olunması üçün səylərin əlaqələndirilməsinin effektiv mexanizmi, ticarət-iqtisadi, nəqliyyat-logostika, mədəniyyət-humanitar sahələrdə qarşılıqlı sərfəli əməkdaşlığın inkişafı üçün imkanlar kimi baxır.
Rusiya XİN sözçüsü onu da bildirib ki, İstanbulda məlum tədbir çərçivəsində Lavrovun ikitərəfli görüşləri də planlaşdırılıb.
çap et