Tanınmış britaniyalı hərbi müxbir və fotojurnalist Pol Lou Los-Anceles yaxınlığında öldürülüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, onun cəsədi Stoddard kanyonu yaxınlığındakı şəlalələrə aparan cığırda tapılıb.
Pol Lounun ölümünə səbəb boğazından aldığı bir neçə bıçaq zərbəsi olub.
Yerli KİV-nin yaydığı məlumata görə onun ölümündə oğlu, 19 yaşlı Emir Lou şübhəli bilinir.
Hadisə yerindən uzaqlaşan Emirin avtomobili bir qədər aralıda əzilmiş halda tapılıb. Az sonra o, polis tərəfindən yaxalanıb. Onun atasını nəyə görə öldürdüyü hələlik açıqlanmır.
Qeyd edək ki, Pol Lou hərbi jurnalist kimi bir çox beynəlxalq mükafatlara layiq görülüb. O, Berlin divarının sökülməsi, Rumıniyadakı çevriliş, Sarayevonun mühasirəsi, Bosniyadakı müharibə və s. tarixi hadisələri işıqlandırması ilə tanınıb, yazıları və çəkdiyi fotolar dünyada tanınmış KİV-lər tərəfindən yayılıb.
L.Tağıyeva
çap et