Şri-Lanka məhkəməsi iki rusiyalını nadir fauna növü olan kərtənkələləri tutduqlarına görə 370 min ABŞ dolları məbləğində cəriməlıyib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Kurılyov və Kolçevski adlı həmin şəxslər cəriməni noyabrın 26-a kimi ödəməlidirlər. Cərimələnənlər apelyasiya şikayəti vermək hüququndan istifadə etmək fikrindədir. Şikayət təmin olunmazsa və cərimə pdənilməzsə, onları həbs gözləyir.
Yeri gəlmişkən, yerli mətbuatın yaydığı xəbərlərdə bunun Şri-Lankanın vəhşi təbiəti qoruma departamentinin tarixində ən böyük cərimə olduğu yazılır.
Qeyd edək ki, 17 və 21 yaşlı gənclər sentyabrda nadir kərtənkələ növlərini tutarkən ekologiya polisi tərəfindən saxlamışdılar.
L.Tağıyeva
çap et