525.Az

“Qarabağ” - “Ayaks” oyununun biletləri satışa çıxarılır


 

“Qarabağ” - “Ayaks” oyununun biletləri <b style="color:red"> satışa çıxarılır</b>

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayaks" (Niderland) oyununun biletləri oktyabrın 17-i saat 12:00-dan etibarən satışa çıxarılacaq.

525.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.

 





17.10.2024    çap et  çap et