525.Az

Meksika sahillərində zəlzələ olub


 

Meksika sahillərində zəlzələ olub<b style="color:red"></b>

Meksikanın şərq sahillərində, Sakit okeanda 5,6 bal gücündə zəlzələ baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələnin episentri Mansanilyo şəhərindən 269 km şərqdə olub. Dünən Bakı vaxtı ilə 23:41-də baş verən titrəyiş yer qabığının 10 km dərinliyində baş verib.

Qeyd edək ki, yaşayış məntəqələrində də hiss olunan zəlzələ məsafəyə görə dağıntılara səbəb olmayıb.

L.Tağıyeva

 





17.10.2024    çap et  çap et