525.Az

III Bakı Beynəlxalq Teatr Konfransı start götürdü


 

III Bakı Beynəlxalq Teatr Konfransı start götürdü<b style="color:red"></b>

Nəhayət, teatr ictimaiyyətinin, sənətsevərlərin gözlədiyi gün yetişdi. Dünən Bakıda III Beynəlxalq Teatr Konfransı öz işinə başladı. Konfransın rəsmi açılış mərasimində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, vitse-spiker Ziyafət Əsgərov, Mədəniyyət turizm naziri Əbulfəs Qarayev, millətlərarası, multikulturalizm dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdula, təhsil naziri Mikayıl Cabbarov başqa rəsmi şəxslər, Milli Məclisin deputatları iştirak edirdilər.

Tədbirin başlanğıcında öncəki iki teatr konfransının görüntülərini əks etdirən videoçarx nümayiş olundu. Teatr Konfransının 4 illik tarixini əhatə edən video material mərasim iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Bu materialı həm kiçik bir hesabat hesab etmək olar. Dahi Qara Qarayevin musiqisi sədaları altında o kadrlara baxmaq  nostalji duyğular oyadır, eyni zamanda teatr konfransının ciddiliyini bir daha vurğulayırdı. Video materialdan sonra Mədəniyyət turizm naziri Əbülfəs Qarayev qonaqları salamlayaraq açılış nitqini söylədi. Nazir üçüncü Bakı Beynəlxalq Teatr Konfransı dünya teatr aləmində, eləcə Azərbaycanın mədəni həyatında önəmli hadisə olduğunu ictimaiyyət tərəfindən maraqla izlənildiyini diqqətə çatdırdı, belə tədbirlərin Azərbaycan dövlətinin mədəni inteqrasiya, multikulturalizm kimi dəyərləri yüksək qiymətləndirməsinə əyani sübut olduğunu söylədi. Konfransda dünyanın 45 ölkəsindən teatr nümayəndələrinin iştirak etdiyini deyən nazir əsas məqsədin qarşılıqlı anlaşma yolu ilə çağdaş teatrın problemlərinin həllinə yardım etmək olduğunu bildirdi. Daha sonra Əbülfəs Qarayev Azərbaycan teatrının tarixindən söz açdı: "Azərbaycanda teatr sənətinin çox qədim zəngin tarixi var. İnsanların əmək fəaliyyəti ilə bağlı oyunlar rəqslər, mövsüm bayramları, aşıq sənəti, dini ayinlərlə bağlı meydan mərasimləri, qaravəlli tipli müxtəlif tamaşa növləri xalq teatrının əsasını müəyyənləşdirib, milli teatrın gələcək inkişafı üçün möhkəm zəmin yaradıb. Dahi mütəfəkkir, iki il bundan öncə anadan olmasının 200 illiyi təntənə ilə qeyd olunan  Mirzə Fətəli Axundzadə tərəfindən  dram əsərlərinin yaradılması xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynadı.  Hazırda ölkəmizdə  26 dövlət teatrı, bələdiyyə, antrepriz  özəl teatrlar fəaliyyət göstərir". 

Nazir son illər Azərbaycanda yeni teatr təsisatlarının yaradılmasına xüsusi diqqət yetirildiyini vurğulayaraq, bu yeni teatrların arasında "ÜNS" yaradıcılıq səhnəsini xüsusi qeyd etdi: "Zəngin milli teatr ənənələrinə əsaslanaraq müasir düşüncə tərzini yenilikçi ideyaları gerçəkləşdirən yaradıcılıq səhnəsi artıq ölkənin sərhədlərindən uzaqlarda da tanınır. Şərq Qərb mədəniyyətlərinin vəhdətini səhnəyə gətirən "ÜNS", beynəlxalq teatr layihələri hazırlamaqla yanaşı, maarifçi xarakterli tədbirlər, yaradıcılıq gecələri, görüşlər təşkil edir. Edvard Radzinski, Serqey Yurski, Konstantin Raykin ilə görüşlər, "Gelikon-opera"nın quruluşları, Robert Sturuanin, Roman Viktyukun səhnə əsərləri teatrsevərlər üçün əsl töhfə olub. "ÜNS" yaradıcılıq səhnəsi yalnız ziyalıların daha çox maraq göstərdiyi tamaşa məkanı deyil, bütövlükdə Azərbaycanın vizual mədəniyyətinin müasir nümunəsi olaraq xüsusi önəm daşıyır". Son illərdə Azərbaycan teatrının uğurlarından, iştirak etdiyi festivallardan, xarici ölkə teatrları ilə əməkdaşlıqlardan, dövlətin mədəniyyətə, teatra qayğısından danışan nazir ağrılı məqamları da vurğuladı: "Erməni şovinistləri hərbi münaqişə zamanı xalqımızın mədəni irsinə aid olan tarix mədəniyyət abidələrinin xeyli hissəsini qəsdən dağıtmışlar. Ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə muzey, 100-dən çox arxeoloji abidə dağıdılıb. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya nadir eksponat oğurlanıb. Bu dağıdıcı proseslər Azərbaycan teatr sənətindən yan keçməyib. Ermənistanın zorakılıq siyasəti hərbi təcavüzü nəticəsində Şuşa Dövlət Musiqili Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı Füzuli Dövlət Dram Teatrı,  İrəvan Dövlət Azərbaycan Dram Teatrı qaçqın düşüb. Bu teatrların  yerləşdiyi binalar dağıdılıb, yandırılıb, əmlakı talan edilib. Lakin bütün çətinliklərə baxmayaraq bu teatrlar  fəaliyyətlərini davam etdirir. biz əminik ki, zaman gələcək onlar yenidən öz əzəli binalarında fəaliyyətlərini davam etdirəcək".

Mədəniyyət nazirinin çıxışından sonra söz Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullaya verildi. Kamal Abdulla teatr konfransının multikultral dəyərlər mövzusunda keçirilməsinin son dərəcə əhəmiyyətli qanunauyğun hal olduğunu bildirdi. O qeyd etdi ki, Azərbaycan dövləti cəmiyyəti multikultural dəyərlərə sadiq şəkildə yaşayır inkişaf edir: "Bu gün Azərbaycan hər bir ləyaqətli dünya vətəndaşı üçün multikultural vətənə çevrilib. Azərbaycan öz multikulturalizm təhlükəsizliyini yaradıb çağdaş zamanda ölkəmizin ən ucqar nöqtəsində belə multikulturalizmə nail olunubsa, bu, xalqımızın uzun əsrlərdən gələn mədəni dəyərlərinin qorunub saxlanmasının nəticəsidir". Azərbaycanda tolerantlığın, multikulturalizmin səviyyəsini bir hadisə ilə, əhvalatla ifadə edən Kamal Abdulla məclis iştirakçılarını təsirləndirdi: "Təxminən 10 il əvvəl bir ravini Azərbaycana sinaqoqda işləməyə göndərirlər. Ravin ölkəmiz haqda az məlumatlı olduğu üçün bir qədər qorxuyla yanaşır bu məsələyə xahiş edir ki, onu başqa ölkəyə göndərsinlər. Amma təyinatı dəyişmək olmur ravin Azərbaycana gəlib işləməyə başlayır. Bu hadisənin ikinci hissəsini danışmayacam. İkinci hissədə olanları qonaqlarımız bu günlərdə özləri müşahidə edəcəklər. Amma mən üçüncü hissəni deyəcəm: Bu gün o ravin Azərbaycan vətəndaşı olmaq üçün sənədlərini təqdim edib..."

Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) baş katibi Jan Trüdo bu konfransın müvafiq sahədə əməkdaşlığa böyük imkan yaratdığını, çağdaş teatrımızda hamımız üçün faydalı olacağını söylədi. Uşaq Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) prezidenti xanım İvet Hardi konfransda müzakirə olunacaq məsələlərin dünya teatr prosesinə müsbət təsir göstərəcəyini bildirdi. Daha sonra rəhbərlik etdiyi təşkilatın tarixi, layihələri haqqında ətraflı danışdı.

Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının baş katibi Mişel Vais çıxışına bir qədər sərbəst, həm zarafatyana üslubda başladı: "Bax bu batmış, xırıltılı səsimlə yoracam sizləri. Amma məndə günah yoxdur, səsimi İstanbulda itirmişəm. Əgər buralarda kimsə səsimi tapsa, mənə qaytarsın". Mişel Vais rəhbərlik etdiyi Tənqidçilər Assosiasiyası haqqında da ətraflı məlumat verib Azərbaycan tənqidçilərinin bu təşkilata qoşulmalarından məmnunluğunu ifadə etdi: "Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası 57 ildir ki, fəaliyyət göstərir 63 ölkədə təmsil olunur. Təxminən 3000 tənqidçi bu qurumun üzvüdür. Azərbaycanlı tənqidçilərin, Məryəm Əlizadə Aydın Talıbzadənin bizim son tədbirlərimizdə iştirak etməsindən  çox razı qaldıq. Amma arzu edərdik ki, gənc tənqidçiləri , xüsusən xarici dilləri bilən tənqidçiləri bizim təşkilatın toplantılarına göndərəsiniz. Son olaraq onu da deyim ki, bizim veb jurnalımız fəaliyyət göstərir siz sayta daxil olub mənim Azərbaycan teatrı haqqında məqaləmi oxuya bilərsiniz".

Teatr Rəssamları, Texniki İşçilər Memarların Beynəlxalq Təşkilatının prezidenti Luis Yansen konfransdan öncə Şəhidlər Xiyabanında xeyli təsirləndiyini bu xiyabanın özünün sənətkarlar üçün  düşünməyə mövzu olduğunu söylədi.

Konfransın açılış mərasimi  Beynəlxalq Teatr Tədqiqatları Federasiyasının idarə heyətinin üzvü Boris Daussa-Pastorun çıxışı ilə yekunlaşdı.

Fasilədən sonra professor Məryəm Əlizadənin teatr rəssamı İosif Yusupovun moderatorluğu ilə plenar iclas olacaqdı. Amma mən zamandan istifadə edib bu dəfə konfransa evsahibliyi edən Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayevin fikirlərini aldım: "Bu konfransın bizim teatrda keçirilməsi gözlənilən hadisə idi. Bilirsiz ki, hazırda şəhərdə ən gözəl teatr binası məhz Musiqili Komediya Teatrının binasıdır. Amma məsələ sadəcə binanın gözəlliyində, təmirində deyil. Biz gələn qonaqlarla əməkdaşlıq əlaqələri yaratmağa çalışırıq. Onlarla müəyyən danışıqlar aparılır. Ümumiyyətlə, məncə, teatr adamları dilindən, millətindən asılı olmayaraq, ayrıca bir xalqdır. bu eyni xalqa mənsub insanların bir yerə toplaşması çox böyük hadisədir. Hazırlıqlar artıq uzun zamandır ki, davam edir hələ ki hər şey qaydasında gedir. Ümid edirəm ki, qonaqlarımız da tədbirin təşkilatından, səviyyəsindən razı qalacaqlar".

Hələ iki il öncə Bakıda master-klasslar verən dahi polyak rejissoru Kşiştof  Zanussi konfransın VİP qonaqlarından biridir. Məqam tapıb fasilədə Pan Kşiştofla söhbət etdik. Amma söhbətimizi geniş müsahibə şəklində "525-ci qəzet"in növbəti saylarından birində oxuyacaqsınız. Yalnız bir məqamı deyə bilərəm ki, Zanussi ilə söhbət zamanı əsl sənət qeyri-adi istedad, eyni zamanda bütün bunları son dərəcə rahat, təmkinli şəkildə ifadə etməsi məni növbəti dəfə  təsirləndirdi. Məncə, elə plenar iştirakçılarına da ən çox məhz Kşiştofun çıxışı təsir etdi. Pan Kşiştof  teatrın əhəmiyyəti, insan tərbiyəsinə təsiri  haqqında xeyli maraqlı məqamlara toxundu: "Şekspiri bilməsək, sevginin, qəzəbin, qorxunun, ağrının, qısqanclığın, sədaqətin olduğunu bilməyəcəyik. Ona görə mən teatrdan uzaq adamın tam, bütöv tərbiyəsinə inanmıram. Hardadır teatr? Bu sualı özümə verirəm dərhal Çexov, Şiller, Şekspir başqa böyük klassiklər yadıma düşür. Teatr hələ səhnədən öncə onların düşüncəsində, fikirlərində idi. Belə bir sual da verilir sənət, əsl sənət kütləyə təsir edə bilərmi? Mən deyirəm ki, bəli edər, mütləq edir. Məsələn, mən hələ 60- illərin sonunda  öz həmyerlim, dahi Adam Mitskeviçə senzura qoyulanda, hansısa yasaqlar tətbiq olunanda yüzlərlə gəncin küçələrə çıxıb etiraz etmələrini xatırlayıram. Bax sənətin insanları birləşdirməsi budur. Bu gün avanqard sənətə diqqət daha çoxdu. Amma mən açıq deyirəm ki, bu sənətin ömrü uzun deyil. Mən bu gün artıq musiqi sahəsində köhnəliyə, köhnə tonallıqlara qayıdışı hiss edirəm. Bu da təbiidir. Bir mən demək istəyirəm ki, əsl canlı aktyorun oyununu heç bir texnika əvəz edə bilməz. Ona görə teatr adamlarına daha inamlı olmağı interneti, televiziyanı bəhanə gətirib ətalətdə durmamağı diləyirəm".

Kşiştof  Zanussinin çıxışından sonra müxtəlif ölkələrdən gələn qonaqlar "Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri" mövzusunda  maraqlı məruzələrlə çıxışlar etdilər.

Konfrans bu gün öz işini müxtəlif plenar iclaslar master-klasslarla davam etdirəcək. 

PƏRVİN

 





06.11.2014    çap et  çap et