Ukrayna prezidenti Vladimir Zelenski amerikalı həmkarı Co Bayden ilə “qələbə planı”nın həyata keçirilməsini və uzaqmənzilli silahları müzakirə edib.
525.az xəbər verir ki, bu barədə Ukrayna lideri özünün teleqram kanalında yayımladığı videoda bildirib.
Zelenski qeyd edib ki, “qələbə planını” təqdim etmək və həmçinin yüksək səviyyəli Qərb rəsmiləri ilə bir sıra görüşlər keçirmək üçün Brüsselə gedir.
Xatırladaq ki, bir gün əvvəl Zelenski Ukrayna Ali Radasının iclasında çıxış edərək ilk dəfə olaraq “qələbə planını” ictimaiyyətə təqdim edib. Dövlət başçısı sənədin beş bənddən ibarət olduğunu deyib.
İbrahim Cəfərov
çap et