Malayziyada pələng 54 yaşlı kişini parçalayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə oktyabrın 15-də səhər tezdən Kelantan şəhəri yaxınlığında baş verib.
Adnan İsmail adlı kişi evdən çıxarkən pələngin hücumuna məruz qalıb. Səs-küyə gələn həyat yoldaşı vəhşinin ərini neçə öldürməsinin şahidi olub.
Daha sonra pələng cəsədi meşəyə tərəf sürüyüb. Qadın isə polisə məlumat verib.
Hadisə yerinə gələn təhlükəsizlik xidmətinin və vəhşi təbiəti mühafizə təşkilatının əməkdaşları cəsədin axtarışına çıxıblar və hadisə baş verən yerdən 100 metr aralıda tapıblar.
Adnan İsmailin ayağından və boğazından aldığı dişlək yaralarından öldüyü məlum olub.
Qeyd edək ki, bu, bölgədə ilk belə hadisə deyil. Kelantanda son vaxtlar pələnglərin insana hücumu nəticəsində 4 nəfər həyatını itirib. Hüquq-mühafizə orqanları vəhşi pişiklərdən gələn təhlükə ilə bağlı tədbirlər görürlər.
L.Tağıyeva
çap et