Hindistanın Air India aviaşirkətinə məxsus sərnişin təyyarəsinin ABŞ-yə uçuşu zamanı internet üzərindən "bomba təhlükəsi" aldığı üçün Kanadanın İqaluit şəhərində təcili eniş etdiyi açıqlanıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, “AI127” nömrəli reys Hindistanın paytaxtı Yeni Dehlidən ABŞ-nin Çikaqo şəhərinə getmək üçün havaya qalxıb.
Açıqlamada təyyarənin internetdə paylaşılan bomba təhdidindən sonra Kanadanın İqaluit şəhərinə təcili eniş etdiyi, son günlər Air India və digər Hindistan hava yolu şirkətlərinin də təhdidlər aldığı bildirilib.
Bəyanatda bu təhdidlərin sonradan saxta olduğu üzə çıxıb.
Kanada Kral Atlı Polisi (RCMP) ekipajla birlikdə təyyarədə ümumilikdə 211 nəfərin olduğunu açıqlayıb və məsələ ilə bağlı araşdırma başlanılıb.
Hindistanın NDTV kanalında yer alan xəbərə görə, son 48 saatda saxta bomba təhdidləri alan Hindistanda yerləşən müxtəlif hava yolu şirkətlərinə aid 10 təyyarədən bəziləri dayandırılıb, bəziləri isə təcili eniş edib.
Malik Atilay
çap et