525.Az

Kimin tərəfindəsiniz, Rüstəm İbrahimbəyov?


 

Kimin tərəfindəsiniz, Rüstəm İbrahimbəyov?<b style="color:red"></b>

Samirə PATZER-İSMAYILOVA
Avropa Azərbaycanlıları Konqresinin prezidenti, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü

Biz hamımız azərbaycanlıyıq. Biz hər birimiz ayrı-ayrılıqda  özümüzü başqalarından daha çox vətənpərvər hesab edirik. Biz hamımız Vətənimizi sevirik, yaxud ən azından Vətəni hər kəsdən daha çox sevdiyimizə inanırıq. Çünki bizvətəni sevməyən insan olmaz, olsa da ol, şəxsdə vicdan olmazmisralarını beynimizə həkk eləyərək böyümüşük. Amma bubizkəlməsi özünü həqiqətən azərbaycanlı hesab edən bununla qürur duymağı bacaranlara aiddir. Bu mənada təəssüf ki, bu kəlmənin əhatə dairəsi təsəvvürümüzdəki qədər geniş deyil bəlkə . Ancaq əsas olan bu deyil əlbəttə. Əsas olan odur ki, “bizvarıq öz işimizlə, fikrimizlə, davranışımızla, uğurlarımız uğursuzluqlarımızla varlığımızı göstərməyə çalışırıq.

Bizim ən böyük sərvətimiz heç şübhəsiz ki, öndə gedən ziyalılarımız, mədəniyyət, incəsənət elm xadimlərimiz, tarixdə öz əməyi ilə iz qoymağı bacarmış dahilərimizdir. Biz Nizami Gəncəvi iləXəmsəsinə, Füzuli iləLeyli Məcnununa, Üzeyir bəyləArşın mal alanına, Bəxtiyar Vahabzadə iləGülüstanına görə qürur duyuruq. Azərbaycanlıların hər zaman ziyalılara dərin saf bir sevgi, sonsuz ehtiram bəlkə başqa heç bir xalqa xas olmayacaq qədər həssas bir münasibəti olub.

Biz ziyalılarımızı sevdiyimiz qədər qorumağı da bacarmışıq bəlkə buna görə onlardan daha çox şey umuruq. Ancaq biz Vətəndən yüzlərlə kilometr uzaqlıqda Azərbaycanın tanınması, azərbaycanlıların toparlanması birləşməsi üçün qədər qeyri təvazökar səslənsə , fədakarlıq göstərib təşkil etdiyimiz tədbirlərdə, etiraz aksiyalarında ziyalılarımızı görməyəndə içimizi dərin bir məyusluq hissi bürüyür. Axı biz heç vaxt onları belə laqeyd biganə təsəvvür etməmişik. Ancaq indi Azərbaycanın çox görkəmli ziyalılarından biri olan Rüstəm İbrahimbəyovun mətbuatdakı çıxışını oxuyanda mənim sadəcə, təəccüblənməkdən başqa heç nəyə gücüm çatmadı. Çünki mən sadə bir azərbaycanlı kimi Rüstəm İbrahimbəyovun Azərbaycan diasporunun indiyə qədər keçirdiyi heç bir əhəmiyyətli tədbirdə (dövlət tədbirləri istisna olmaqla) görməmişəm. Buna görə onunRusiya Azərbaycan Təşkilatları İttifaqıadlı qurumun təsisçiləri sırasında yer alması ikiqat təəccüb doğurur. Çünki əgər doğrudan da Rüstəm müəllim Rusiyada yaşayan azərbaycanlıları birləşdirən bir təşkilatın yaradılmasında iştirak etmək niyyətilə bu quruma qoşulubsa, onda niyə indiyə qədər eyni missiyanı yerinə yetirən Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyəti ilə maraqlanmağa vaxt tapa bilməyib.

Niyə Fransada doğulmuş erməni mənşəli Şarl Aznavur rejissor Atom Eqoyanla birlikdə bütün dünyanıerməni soyqırımına inandıranAraratfilmini beynəlxalq festivallara çıxaranda milliyyətcə azərbaycanlı olan, Azərbaycanda doğulmuş Rüstəm İbrahimbəyov Qazaxıstan pezidentinin təklifi ilə çəkilmiş 40 milyon dollarlıqKöçərilərfilminə başı qarışıb. Ümumiyyətlə, bu qədər yüksək intellektə, unikal istedada malik olan Rüstəm İbrahimbəyov azərbaycanlıların, mənsub olduğu xalqın başına gətirilən Xocalı soyqırımı kimi dəhşətli bir cinayətə, Qarabağ problemi kimi açıq-aydın işğal faktına dünyanın diqqətini cəlb eləmək üçün ən azı qısametrajlı bir filmin belə ssenarisini yaza bilməzdimi. Bunun üçün onun, qeyd etdiyim kimi, istedadı da, bacarığı da, lazım gəlsə, maliyyə tapmaq imkanları da sayı 50 milyonu keçən azərbaycanlının hər birindən daha çoxdur axı. Bəs onda bu addımı atmaq üçün çatışmayan amil nədən ibarətdir? Bəlkə kimlərsə mane olur. Kimlər? Nədir heç kəsdən heç nədən qorxmadığını, çəkinmədiyini söyləyən dünyanın tanıdığı bir insana mane olan amil?

Əstəğfrüllah, mənim heç kimi qeyri-vətənpərvərlikdə ittiham eləmək kimi bir niyyətim yoxdur. Ancaq cavabsız qalan suallarım var sadəcə. Bu suallardan biri ondan ibarətdir ki, Azərbaycanda vətəndaş həmrəyliyinin, milli birliyin olmadığını iddia edən buna görə əksər hallarda hakimiyyəti ittiham edən Rüstəm İbrahimbəyov niyə indiyə qədər susub. Rüstəm müəllim əslində özü müsahibələrinin birində bu suala cavab verib: “Mən Rüstəm İbrahimbəyov özümü ona görə belə kəskin aparıram ki, üç il, dörd il qabaqdan Azərbaycanda ziyalılara, mədəniyyət, incəsənət xadimlərinə hörmət olmadığını gördüm.” Ancaq bu cavabın özü sual doğurur: niyə bir il, iki il, on il, on beş il öncə yox, məhz indi? Bu tarix təsadüfənmi Rüstəm İbrahimbəyovun Bakının mərkəzində, həm düz Şəhidlər Xiyabanının yaxınlığındaKino eviaçmaq iddiasına icazə verilməməsilə eyni vaxta düşür? Mən hələ onu demirəm ki, bəzi iddialara görəKino eviRüstəm müəllimin şəxsi biznesini genişləndirmək layihəsi olub. Əlbəttə ki, hər bir azərbaycanlının, o cümlədən Rüstəm müəllimin istənilən yerdə əmlak almaq ondan istədiyi kimi istifadə etmək hüququ var. Lakin qoy ictimaiyyət özləri cavab versin ki, bizim üçün daha müqəddəs olan dəyər hansıdır: Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhuna ehtirammı, yoxsa Rüstəm İbrahimbəyovun şəxsi biznesini genişləndirmək arzularına qarşı tolerantlıqmı? Şəhidlər Xiyabanımı, “Kino evimi?

Siyasətlə, əlbəttə ki, hər kəs məşğul ola bilər. Siyasi proseslərə, hakimiyyətə, müxalifətə münasibətini ifadə etməkdə hər kəs sərbəstdir. Ancaq ziyalıların siyasətə münasibəti ilə siyasətçilərin siyasətə münasibəti arasında müəyyən bir sərhəd var. Siyasətçilərin bir hədəfi var: hakimiyyət, bu tamamilə təbiidir. Ziyalıların isə hədəfi yalnız xalqın maraqlarının qorunması olmalıdır sadəcə, ziyalılıq anlayışının fəlsəfəsindən doğan zərurətdir. Ziyalılar bütün siyasətçilərə eyni məsafədə dayanmağı bacarmalıdırlar. Bu məsafə bu ya digər tərəfin xeyrinə dəyişəndə ziyalı tərəfə çevrilir! O, hakimiyyət uğrunda mübarizə aparan qüvvələrdən birinin yanında dayanır bu zaman onun işlətdiyi hər bir ifadə, hər bir çıxışı müsahibəsi daha çox siyasətçi mövqeyinin ifadəsi kimi qəbul olunur.

Şübhəsiz, hər bir kəsin siyasətlə məşğul olmaq haqqı var. Lakin ziyalı obrazı ilə siyasətçi obrazı arasında ayırıcı bir sədd var. O səddi keçəndə obraz da dəyişir. Çünki ziyalı artıq siyasətçilərin sırasında dayanır, siyasətçi kimi danışır düşünürsə onun ictimai təsəvvürdəki ənənəvi obrazı da dağılmış olur. İndi mən bu suala da cavab axtarıram: Rüstəm İbrahimbəyov ziyalı kimimi danışır, siyasətçi kimimi? Biz hansı Rüstəm müəllimə daha çox inanmalıyıq? Ziyalı, görkəmli incəsənət xadimi, bütün dünyanın tanıdığı Rüstəm İbrahimbəyovu siyasətçi kimi danışmağa vadar edən doğrudanmı sadəcə, xırda bir əmlak məsələsidir? Ziyalı Rüstəm İbrahimbəyov, görəsən, heç bir dəfə siyasətçi Rüstəm İbrahimbəyovun son müsahibələrinə göz gəzdirərək leksikonunu hansı sözlərlə zənginləşdirdiyinin fərqinə varıbmı? “Onun başı xarabdır”, “qələt edirlər”, “bu sözü deyənlər axmaqdır” – bu ifadələr doğrudanmı Sizə məxsusdur, Rüstəm müəllim?

Təəssüf doğuran daha bir məqam Rüstəm İbrahimbəyovun Azərbaycan Rusiyanın siyasi sistemləri arasında apardığı son dərəcə qüsurlu müqayisəsidir. Rusiyada hakimiyyətin ötürülməsi mexanizmini az qala demokratik adlandıran Rüstəm müəllimin Azərbaycanı mümkün qədər aşağılamağa, bizim guya dünyadan geri qaldığımızı sübut etməyə yönəlmiş əsəbi bayağı ritorikasını başa düşmək çox çətindir.

Siz kimin tərəfindəsiniz, Rüstəm İbrahimbəyov: doğulduğunuz, çörəyini yeyib suyunu içdiyiniz, sizə ən ali dövlət mükafatlarını qürurla təqdim edən, əlinizi üstünə qoyduğunuz hər şeyi sizə verən ən başlıcası bir parçası işğal altında olan, xarici kütləvi informasiya vasitələrinə çoxsaylı müsahibələrinizdə adını çox nadir hallarda çəkdiyiniz doğma Vətəniniz olan Azərbaycanınmı, yoxsa sizə sadəcə heç təmənnasız olmadan müəyyən maddi imkanlar qazandıran Rusiyanınmı? O Rusiyanın ki, əsgərləri 1990- ildə Azərbaycanda böyük bir faciənin ssenarisini yazmışdı o zaman nüfuzlu tanınmış azərbaycanlıların bir çoxu buna öz etirazını bildirmişdi. Siz isə susurdunuz. Niyə Rüstəm müəllim? İndi Sizi danışmağa vadar edən amil o zamankı sükutunuzun səbəbindən dahamı  güclüdür?

 





16.11.2012    çap et  çap et