Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın seçki qərargahı vitse-prezident və demokratların namizədi Kamala Harrisin “Fox News”a müsahibəsini tənqid edərək, onun çıxışını fəlakət adlandırıb.
525.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Kamala Harrisin Bret Bayerlə (“Fox News”un aparıcısı - İ.C.) müsahibəsi fəlakət idi. Kamala əsəbləşirdi, müdafiə olunurdu və növbəti dəfə amerikalıların üzləşdiyi problemlərə görə məsuliyyəti üzərindən atırdı”, - deyə qərargah nümayəndəsi Karolin Livitt “X” sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, vitse-prezident bir suala belə birbaşa cavab verə bilməyib və onun bütün seçki kampaniyası Tramp haqqında yalanlar üzərində qurulub.
Livittin fikrincə, Harrisin çıxışı göstərdi ki, o, ölkə prezidenti postunda təzyiqlərə dözə bilməyəcək. Eynən müsahibə zamanı təzyiqlərə dözə bilmədiyi kimi.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
İbrahim Cəfərov
çap et