Meksikada cəngəllikdə itən doqquz yaşlı uşaq sağ tapılıb.
525.az xəbər verir ki. bu barədə “Jam Press” nəşri məlumat yayıb. Joel del Karmen Akosta Oram sonuncu dəfə ailəsinin fermasında iki itlə oynayarkən görüntülənib. Onlarla birlikdə uşaq təsadüfən cəngəlliyə girib və yoxa çıxdı. Uşağın yoxa çıxması tez bir zamanda fərq edilib.
Xilasedicilər onu axtarmağa başlasalar da, Milton qasırğası mane olub. Yağış bütün izləri yuyub aparıb və axtarışlar dayandırılmalı olub.
İtlərdən biri fermaya qayıdıb və onun sayəsində xilasedicilər uşağı tapıblar. Məlum olub ki, oğlan 10 gün ilan və timsahlarla dolu təhlükəli meşələrdə qalıb. O, gecələr ulduzlara görə marşrut qurduğunu, susuzluğunu gölməçələrdən su ilə yatırdığını deyib. Bu onun sağ qalmasına kömək edib.
Pərvanə Sultanova
çap et