525.Az

Qəddafinin qızının Moskvada yeni rəsmlərinin sərgisi açılıb 


 

Qəddafinin qızının Moskvada yeni rəsmlərinin sərgisi açılıb <b style="color:red"></b>

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin qızı Aişə əvvəllər heç bir yerdə nümayiş olunmayan yeni rəsmlərini Moskvadakı sərgiyə gətirib.

525.az xəbər verir  ki, o, Rusiya mətbuatına müsahibəsində rəsmlərinin atasının və qardaşının xatirəsinə çəkdiyini deyib. O, bununla ailəsinin başına gələn faciəni “sənədləşdirdiyini” əlavə edib.

“Əvvəlki sərgilərdə rəsmlərimi təqdim etmişdim, amma bu gün ilk dəfədir ki, bu əsərləri təqdim edirəm. Əsərlər ürəkdən çəkilib, həyata və yaddaşa baxışımı əks etdirir”, - Qəddafinin qızı söyləyib.

Müəmmər Qəddafi 1969-2011-ci illərdə Liviyaya rəhbərlik edib. 2011-ci ildə ölkədə üsyan zamanı Sirt şəhəri tutulur. Üsyançılar Qəddafinin yerini taparaq onu linç edirlər. Onun devrilməsindən və öldürülməsindən sonra Liviyada müxtəlif qruplaşmalar arasında silahlı qarşıdurmalar davam etdi. Hazırda ölkədə ikili hakimiyyət mövcuddur: şərqdə marşal Xəlifə Haftar, qərbdə isə paytaxt Tripolidə BMT və Aİ-nin dəstəyi ilə yaradılan Fayez əl-Sərracın Milli Razılıq hökuməti fəaliyyət göstərir.

Pərvanə Sultanova

 





17.10.2024    çap et  çap et