525.Az

Bakıda çoxmərtəbəli binadakı yanğın söndürüldü - Yenilənib


 

Bakıda çoxmərtəbəli binadakı yanğın söndürüldü - <b style="color:red">Yenilənib</b> "Xətai" metrosunun yaxınlığındakı yaşayış binasında baş verən yanğın söndürülüb.

Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, FHN-in yanğınsöndürənləri binanın yuxarı mərtəbəsində baş vermiş yanğının genişlənməsinin qarşısını alıblar. 
 
Yanğın zamanı elektrik təminatı dayandırıldığı üçün liftdə qalmış sakin xilas edilib.
 
*** 09:57
 
Bakının Xətai rayonunda yaşayış binasında yanğın baş verib.
 
APA-nın məlumatına görə, yanğın hündürmərtəbəli binanın yuxarı mərtəbəsində baş verib. 
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunub.
 





07.11.2014    çap et  çap et