525.Az

Cənubi Koreya prezidenti təcili iclas çağırıb


 

Cənubi Koreya prezidenti təcili iclas çağırıb<b style="color:red"></b>

Cənubi Koreya prezidenti Yun Sok Yol Şimali Koreyanın Ukraynadakı müharibədə Rusiyaya dəstək məqsədilə qoşun göndərmək planına dair təcili iclas çağırıb. 

525.az xəbər verir ki, bu barədə Bloomberg prezidentin ofisinə istinadən məlumat yayıb.

Məsələ təhlükəsizliklə bağlı iclasda müzakirəyə çıxarılıb. Prezident bunu Cənubi Koreya və beynəlxalq ictimaiyyət üçün  təhlükəsizliyə ciddi təhdid adlandırıb.

Qeyd edək ki, daha əvvəl Şimali Koreyanın 12 min döyüşçüdən ibarət qoşun yollayacağına dair məlumat yayılıb. Cənubi Koreya kəşfiyyatına görə, qoşun dörd briqada üzrə göndəriləcək. Onların arasında xüsusi təyinatlı qüvvələrin də yer alacağı vurğulanıb.

Pərvanə Sultanova

 





18.10.2024    çap et  çap et