525.Az

“Qarabağ” "Kəpəz"i darmadağın etdi


 

“Qarabağ” "Kəpəz"i darmadağın etdi<b style="color:red"></b>

Bu gün Misli Premyer Liqasında 2-ci dövrə başlayıb.

525.az xəbər verir ki, bununla da çempionatda 12 günlük fasilə yekunlaşıb. 

10-cu turun ilk oyun günündə 1 matç keçirilib. Autsayder "Kəpəz" son çempion və hazırkı lider "Qarabağ"ı qəbul edib. Görüş Ağdam təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, "Qarabağ" Misli Premyer Liqasının turnir cədəvlində 24 xalla 1-ci, "Kəpəz" isə 3 xalla 10-cu yerdədir. 

Tura 19 və 20 oktyabr tarixində oynanılacaq matçlarla yekun vurulacaq.

Misli Premyer Liqası, 10-cu tur

18 oktyabr (cümə)

18:00. “Kəpəz” – “Qarabağ” - 0:5 

Qol: Emmanuel Addai, 17, Aleksey İsayev, 51, Leandro Andrade, 53, Toral Bayramov, 67, Aleksey Kaşuk, 78
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Asiman Əzizli, Əkbər Əhmədov
VAR: Kamal Umudlu
Tovuz şəhər stadionu

19 oktyabr (şənbə)

15:30. “Şamaxı” – “Araz-Naxçıvan”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı 
Şamaxı şəhər stadionu

18:00. “Neftçi” – “Səbail”
Hakimlər: 
Rauf Cabarov, Eyyub İbrahimov, Rəhman İmami, Tural Qurbanov
VAR: Əliyar Ağayev
“Neftçi Arena”

20 oktyabr (bazar)

17:30. “Zirə” –“Sabah”
Hakimlər: 
Rəşad Əhmədov, Vüsal Məmmədov,  Zöhrab Abbasov, Əli Əliyev
VAR: Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu,

20:00. “Sumqayıt”– “Turan Tovuz”
Hakimlər:
 İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev
VAR: Cavid Cəlilov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

 





18.10.2024    çap et  çap et