525.Az
“Qarabağ” azarkeşi xəsarət alıb
"Qarabağ” - "Dnepr” matçından öncə xoşagəlməz olay baş verib.
Lent.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda 11-ci sektorunun dəmir qapısının aşması nəticəsində Sabir Miriyev adlı azarkeş xəsarət alıb. Xoşbəxtlikdən “Qarabağ” fanatının həyatı təhlükəsi yoxdur. Bu haqda "Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov sosial şəbəkədə məlumat verib:
“Hazırda xəstəxanadayam. Allaha çox şükür ki, stadionda yaralanan Samir adlı azarkeşimizin həyatı təhlükəsi yoxdur. Sabah əməliyyat olunacaq. Samirin atasının “Qarabağ canımızdır” deməsi adamın tüklərini biz-biz etdi”.
07.11.2014
çap et