525.Az

İran Əfqanıstan və Pakistanla sərhəddə divar tikməyə başlayıb


 

İran Əfqanıstan və Pakistanla sərhəddə divar tikməyə başlayıb<b style="color:red"></b>

İran Pakistan və Əfqanıstanla həmsərhəd olan 5 əyalətdə divar tikintisinə başlayıb.

525.az "Report"a istinadən xəbər verir ki, bu barədə İran sərhəd polisinin komandiri, briqada generalı Əhməd Əli Qudarziyə məlumat verib.

O bildirib ki, divar təhlükəsizlik təhdidlərini azaltmaq, arzuolunmaz miqrasiyanın və qaçaqmalçılığın qarşısını almaq üçün lazımdır.

General vurğulayıb ki, Əfqanıstan və Pakistanla sərhəddə divar tikintisi prioritet məsələdir.

 





20.10.2024    çap et  çap et