525.Az

Estoniya sərhəd mühafizəsi üçün hazırlıqlara başlayıb


 

Estoniya sərhəd mühafizəsi üçün hazırlıqlara başlayıb<b style="color:red"></b>

Estoniya sərhəd mühafizəsi üçün hazırlıqlara başlayıb.

525.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Estoniyanın Dövlət Müdafiə İnvestisiya Mərkəzinin rəhbəri Maqnus-Valdemar Saar “Defense One” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ölkə uzaqmənzilli raketlər və pilotsuz təyyarələr alacaq.

Mütəxəssis həmçinin qeyd edib ki, Estoniya ölkənin təhlükəsizliyini təmin etmək üçün NATO-dan daha sürətli hərəkət etməlidir.

Mərkəz rəhbərinin fikrincə, ölkə müdafiə xərclərini və qısamənzilli hava hücumundan müdafiə sistemlərinin alınmasını artıra bilər.

 





20.10.2024    çap et  çap et