525.Az

Qəzzada gedən döyüşlər zamanı İsrail ordusunun polkovniki həlak olub


 

Qəzzada gedən döyüşlər zamanı İsrail ordusunun polkovniki həlak olub<b style="color:red"></b>

Qəzza zolağında gedən döyüşlərdə İsrail ordusunun bir polkovniki həlak olub.

525.az APA-ya istinadən xəbər verir ki, bu haqda ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, həlak olan zabit 401-ci Zirehli Briqadanın komandiri 41 yaşlı polkovnik Ehsan Daksadır.

Onun Qəzza zolağının şimalında gedən döyüşlərdə həlak olduğu bildirilir.

 





20.10.2024    çap et  çap et