525.Az

Braziliya Prezidenti BRİKS sammitində iştirak edə bilməyəcək


 

Braziliya Prezidenti BRİKS sammitində iştirak edə bilməyəcək<b style="color:red"></b>

Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silva 23-24 oktyabr tarixlərində Rusiyanın Kazan şəhərində keçiriləcək BRİKS sammitində iştirak edə bilməyəcək.

525.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Braziliya liderinin ofisi məlumat yayıb.

Bildirilir ki, həkimlər ona belə uzun səfərdən çəkinməyi tövsiyə ediblər.

Qeyd edək ki, Lula da Silva sammitə videokonfrans vasitəsilə qatılacaq.

 





20.10.2024    çap et  çap et