525.Az

DİN stadionda baş verən bədbəxt hadisə ilə bağlı məlumat yayıb


 

DİN stadionda baş verən bədbəxt hadisə ilə bağlı məlumat yayıb<b style="color:red"></b> Daxili İşlər Nazirliyi (DİN) noyabrın 6-da Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda baş verən bədbəxt hadisə barədə məlumat yayıb.

525.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, stadionun 11 saylı sektorunun giriş darvazası çərçivədən çıxaraq Sumqayıt şəhər sakini Samir Mirzəyevin üzərinə aşıb və o, xəstəxanaya yerləşdirilib.

Qeyd edək kİ, hadisə dünən Ağdamın "Qarabağ" və Ukraynanın "Dnipro" komandalarının qarşılaşması zamanı baş verib.
 





07.11.2014    çap et  çap et