525.Az
Bir ailənin 4 üzvü dəm qazından zəhərlənib
Bakıda dörd nəfər dəm qazından zəhərlənib.
525.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə noyabrın 6-da Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakinləri Səlmi Əlnəzərova, oğlu Tahir, Tahirin arvadı Günel Quliyeva və oğlu Ümüd dəm qazından zəhərləniblər.
Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib.
07.11.2014
çap et