525.Az

Doğru insan olmaq...


 

Leyla Hüseynbəyli İstanbuldan yazır

Doğru insan olmaq...<b style="color:red"></b>

Doğru yer, doğru insanlar doğru zaman. İlk baxışda hər üçünün bir anda baş verməsi mümkünsüz görünür. Ancaq bir az geniş baxsaq, bunun əks tərəfində doğru düşüncənin dayandığını görərik. Düşüncəmizin şəffaf olduğunu bilmək üçün bir üzündən o biri üzünə baxmalıyıq.

Məsələ burasındadır ki,  düşüncələrimiz, gündəlik danışıqlarımız bizdən xəbərsiz uçub kainatın dərinliklərinə çəkilir. Müsbət fikirləşdiyin  hallarda düşüncən rəngini dəyişmir. Həmin düşüncələr şəffaflıqdan keçib bumeranq kimi sənə qayıdır sən hardasa istədiklərini, arzuladıqlarını əldə edir, məsələlərə nəzarəti əlində saxlayırsan. Hadisələr, daha doğrusu, arzular isə (arzular həyata keçəndən sonra hadisəyə çevrilir) səmaları, ulduzları, günəşi, ayı - bir sözlə bütün bəşəriyyəti çulğayır lazım olan cür həyata keçməyə başlayır. Əgər sənin fikirlərin müsbət enerjidən uzaq olsa, onda həmin enerji geri dönməyəcək, düşüncən rəngini dəyişib səndən üz döndərəcək. qədər ki, müsbət düşüncələr sənə geri dönə bilməyəcək, onda sən özünü günbəgün solmuş, daha da zəifləmiş kimi hiss edəcəksən. Enerjin uçub gedəcək sən tək qalacaqsan, ruhun  səni istəməyəcək.

İnsanların gündəlik yaşamında müsbət düşünə bilməməsinin səbəbi öz-özünü aldatmasıdır. Hər şey yanlış seçimlərdən başlayır. İnsan istəmədiyi, sevmədiyi anları, məhfumları, ümumilikdə maddi qeyri-maddi varlıqları sevdiyini səhvən düşünür. Bu onunla bağlıdır ki, onlar hadisələrə doğru obyektivdən baxmırlar, məkanı, zamanı düzgün seçmirlər. Hardasa nəyinsə parıltısı onları özünə cəlb edir, halbuki o zahiri parıltıdır. Fikir vermisinizsə, gecələr ulduzlara baxanda onların möhtəşəm görüntüsü, parıltısı adama rahatlıq gətirir, onlara baxanda dincəlir, fikir stressdən azad olursan, onların sehri səni özünə cəlb edir, baxdıqca onlara daha yaxın olursan. Ancaq elə ki, atəşfəşanlıq olur, göy üzü müxtəlif rəngli işıqlara boyanır göy üzündəki ulduzların parlaqlığını geridə qoyur, onlar solğun görünür nəzərə çarpmır. Həqiqətdə isə təbiətin verdiyi əsl möcüzə daim parlaqlığa sahib olan ulduzlarındı, təbiətin özündədir, hansısa insan şüurunun, əməyinin nəticəsində sonradan yaradılmır. O, öncədən belədir, əbədidir.

Bəzən isə insanlar seçimlərinin mahiyyətinə varmırlar. Bəs bunu necə izah etmək olar? Məsələn, bir şeyin dadına baxırsınız, arxasınca da başqa bir təam yeyirsiniz, sizin damağınızda birincinin dadı qalacaq. Başqa bir misal: bir ətri iyləyirsiniz, sonra ikincisinə keçirsiniz. İkincinin qoxusunu tam duya bilməyəcəksiniz, çünki birinci ilə qarışacaq.

İnsanlar bəzən doğru düşünə bilmədikləri üçün müsbət enerjini düzgün qəbul edə bilmirlər. Doğru düşünməyəndə isə doğru sözlər ondan qaçır. Sözlərin hər birinin öz təsiri var. Babalarımız nahaq yerə yuxuları suya danışmağı məsləhət etməyiblər ki...Çünki o sözlər suyla birləşəndə müsbət enerjiyə çevrilir.  Suda molekullar yerini dəyişə bilir: mənfi müsbətə çevrilə bilir, yaxud əksinə. Doğru söz çox şeyə qadirdir, enerji isə ondan da artığına.  Onlar sirdi, sirlər isə həmişə sənin yanındadır, lap yaxınlıqda. O qədər yaxın ki, ona toxunmağına bir addım qalır. Sirlərdən sözlər əmələ gəlir: əllərində, ovcunun içində s. Sən isə onları istədiyin kimi idarə edirsən. Bu sözlərlə sən çox şeyə sahib ola bilərsən. Məsələn, xüsusi gücə. O güclərlə insanların şüurunu işaqlandıra da bilərsən, göz yaşlarına səbəb olarsan. Sözlər isə öz növbəsində ən gözəl hisslərə sahib olur. Bu hisslərin tacı sevgidir ki, yalnız ən böyük ürəklərə sahib olur. Bütünlükdə sevgi bəşəriyyətin insana bəxş etdiyi ən təmiz, saf əvəzsiz hisslərdir. Bu elə bir hissdir ki, onu məhdudlaşdırmaq olmaz: anaya, ataya, qardaşa, vətənə, ilahiyə sevdiyinə sevgi. İnsanlar daim sevgi axtarışındadır. Çünki ona ehtiyacları var. Mütləq xoşbəxtliyi sevgidə tapırlar. Onu sözlərlə ifadə edə bilməzsən, əgər bunu bacarırsansa, deməli bəşəri düşünə bilirsən. Lakin güc yalnız  sevgiyə arxalanmır. Ən kamil şüur ideal məntiq bitkin abidə çoxlabirintli tikili kimidir. Bu, insana bəxş olunmuş ən böyük gücdür. Çünki məhz şüurunla istədiyin sevgini, münasibəti, zövqü, dadı seçə bilirsən. Şüurun sənə geniş fəza imkanları yaradır. Sən özünü orada azad hiss edir, istədiyin kimi düşünüb-daşına bilir, xəyallar qurur, arzularına qapılırsan. Şüurunun dərinliyinə getsən, bu tikilinin aşağı mərtəbələrinə  enə bilərsən, amma o qatlar sonsuzdur: hey düşsən , o pilləkənləri, labirintləri keçsən , son məqama yetə bilməzsən. Yalnız açarla labirintin qapılarını aça, növbətiyə keçə bilərsən.

Düşüncə ilə şüur birləşəndə istədiklərini həyatdan ala bilərsən. Onlar gələcək hadisələrin təminatçısı rolunu oynayır. O zaman sən doğru məkanın necə yer olduğunu, doğru zamanın hansı an olduğunu, günəşin şüalarının hansı bucaq altında düşməsindən, onların gözünə necə düşməsindən, uçan quşların səsindən, çöldəki lalələrin, bitkilərin ətrindən, köçən durna qatarının səsindən - bir sözlə təbiətin hər xırdalıqlarına qulaq asa-asa öyrənəcəksən.

Ən önəmlisi: doğru insanı necə tanıyasan? Bu suala müxtəlif  mənbələrdə, fikir nəzəriyyələrdə cavab tapa bilərsən. Mənə görə isə, doğru insanı tapmaq üçün özün doğru olmalısan.

Sentyabr-noyabr 2014

 





07.11.2014    çap et  çap et