525.Az

Ağ Ev BRİKS-i ABŞ üçün təhlükə hesab etmədiyini bildirib


 

Ağ Ev BRİKS-i ABŞ üçün təhlükə hesab etmədiyini bildirib<b style="color:red"></b>

Vaşinqton BRİKS-i Birləşmiş Ştatlar üçün təhlükə hesab etmir.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Biz BRİKS birliyinə təhlükə kimi baxmırıq. Bu ölkələr kiminlə əməkdaşlıq etmək istədikləri və xüsusən də bir-biri ilə iqtisadi cəhətdən necə bağlı olmaq istədikləri barədə öz qərarlarını özləri verə bilər”, - Kirbi qeyd edib.

 





21.10.2024    çap et  çap et