525.Az

Rəşad Məcid - Bayrağım


 

Rəşad Məcid - <b style="color:red">Bayrağım</b>

Səni ən çətin

günlərimdə qorudum,

beynimə həkk edib

ürəyimə sarıdım.

Mahnımda,

nəğməmdə gizlədim.

Aya baxıb xatırladım,

ulduzunu sevdim.

Üç rənginə öyrəndim,

hər üzünü sevdim.

Hücumdan, həmlədən qorudum,

küləkdən, tufandan keçirdim,

Bir gün qaldırdım başımın üstünə,

Saxladım,

əymədim.

Zaval yox indən belə,

başımın üstündən

qoymaram yerə.

Sənə təşnəyəm, acam -

əlim-qolum yorulsa,

dişimlə saxlayacam.

Gücü çatmaz

daha nəsə tərpədə,

                kimsə əyə...

Dalğalan,

əs,

açıl yelkən kimi

gedək gələcəyə!

 





07.11.2014    çap et  çap et