525.Az

Suyun altında evləndilər


 

Suyun altında evləndilər<b style="color:red"></b>

Səudiyyə Ərəbistanında nişanlı cütlük Qırmızı dənizdə, suyun altında nikaha giriblər.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Hassan Əbu Əl-Ola və Yasmin Daftardar Ciddə yaxınlığında evləniblər.

Mərasim mərvan riflərinin arasında keçirilib və "Saudi Divers" dalğıc qrupunun üzvlərinin dəstəyi ilə baş tutub. Hətta üzükdəyişmədən sonra şənlik də təşkil olunub.

Yeri gəlmişkən, cütlük özü də dalğıcdır və bu sahəni inkişaf etdirərək ölkə turizminə töhfə verməyi qarşılarına məqsəd qoyub.

Qeyd edək ki, bu cür evlənmə Səudiyyə Ərəbistanı tarixində ilkdir.

L.Tağıyeva

 





21.10.2024    çap et  çap et