525.Az

"Muzeyşünaslıq: mütəxəssis hazırlığında yeni tələb və imkanlar"


 

"Muzeyşünaslıq: mütəxəssis hazırlığında yeni tələb və imkanlar" <b style="color:red"></b>

Dövlət Mədəniyyət İncəsənət Universitetində "Muzeyşünaslıq: mütəxəssis hazırlığında yeni tələb imkanlar" mövzusunda elmi-praktik konfrans keçirilib. Universitetdən bildirilib ki, konfransı açan rektor, professor Fərəh Əliyeva ölkəmizdə dünya standartlarına cavab verən, yeni texnologiyalarla təchiz olunan muzeylər haqda məlumat verərək, bu istiqamətdə yüksək ixtisaslı kadrlara ehtiyac olduğunu vurğulayıb.

Elmi-praktik konfransda dinlənilən "Azərbaycanda muzeyşünaslığın inkişafı - tələb vəzifələr", "Muzey praktikası, muzey təhsili, muzeyşünaslıq: əlaqələr ikili münasibətlər", "Müasir muzey işçisinin formalaşmasında ümumi dünyagörüşü mədəni inkişaf əsas keyfiyyətlərdən biri kimi" mövzularında məruzələr ölkəmizdə muzeyşünaslığın tarixi, müasir dövrdə məqsəd vəzifələri, bu sahədə beynəlxalq təcrübə, tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsi məsələlərini əhatə edib.

"Muzeyşünaslığın tədrisi: problemlər perspektivlər", "Muzeyşünaslıq muzeylər probleminin təhlilinə elmi-nəzəri yanaşma metodları", "Muzeyşünaslıq ixtisası üzrə elmi-tədqiqat işlərində problematika məsələləri" məruzələrində muzeyşünaslıq tədrisinin strategiyasında həllini gözləyən bəzi çatışmazlıqlar, muzeyşünaslıq sahəsində elmi-tədqiqat işlərinin məzmunu kimi problemlərə toxunulub.

Elmi-praktiki konfransda Gürcüstanın İlya Universitetinin professoru İncəsənət üzrə Tədqiqat İnstitutunun direktoru Levan Xetaqurinin "Beynəlxalq muzey praktikasında yeni meyillər tədrisdə ümumi standartlar" məruzəsi dinlənilib.

Maraqlı müzakirələrlə keçən konfransın sonunda muzeyşünaslıq təhsili ilə bağlı problemlərin həlli, mütəxəssis hazırlığının, keyfiyyətin daha da artırılması, tələbələrdə muzeyşünaslığa marağın yaradılması digər məsələlərlə bağlı təkliflər irəli sürülüb.

S.ABDULLAYEVA

 





07.11.2014    çap et  çap et