525.Az

Blinken İsrailə gəlib


 

Blinken İsrailə gəlib<b style="color:red"></b>

ABŞ-nin dövlət katibi Entoni Blinken İsrailə gəlib.

525.az xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.

Ötən il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra bu, Dövlət Departamenti rəhbərinin Yaxın Şərqə sayca 11-ci səfəridir.

Blinkenin səfər çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu və prezident İshak Hersoqla görüşəcəyi gözlənilir.

Qeyd edək ki, daha əvvəl Dövlət Departamentinin sözçüsü Mettyu Miller Entoni Blinkenin 21-25 oktyabr tarixlərində Yaxın Şərqdə səfərdə olacağını bildirmişdi.

İbrahim Cəfərov

 





22.10.2024    çap et  çap et