525.Az

Ukrayna və Fransa infrastrukturun bərpası üçün qrant sazişi imzalayıb


 

Ukrayna və Fransa infrastrukturun bərpası üçün qrant sazişi imzalayıb<b style="color:red"></b>

Ukrayna və Fransa infrastrukturun bərpası və inkişafı üçün 200 milyon avro dəyərində qrant sazişi imzalayıb.

525.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş nazirinin müavini - iqtisadiyyat naziri Yuliya Sviridenko sosial şəbəkələrdə paylaşım edib.

“Bu, bizə Ukrayna və Fransa şirkətləri ilə birlikdə ölkəmizin infrastrukturunun bərpası və modernləşdirilməsi üzrə layihələr həyata keçirməyə imkan verəcək addımdır”, - o bildirib.

Bu məbləğin yarısı bərpa layihələri üzrə Ukrayna malları və xidmətlərinin alınmasına xərclənə bilər, qalan məbləğ isə Fransa şirkətlərinə veriləcək.

 





22.10.2024    çap et  çap et