525.Az

Gürcüstanın hakim partiyasının icraçı katibi seçicilərə şəxsiyyət vəsiqələrini heç kimə verməməyi tövsiyə edib


 

Gürcüstanın hakim partiyasının icraçı katibi seçicilərə şəxsiyyət vəsiqələrini heç kimə verməməyi tövsiyə edib<b style="color:red"></b>

Gürcüstanın hakim partiyasının icraçı katibi seçicilərə seçkilərdə şəxsiyyət vəsiqələrini heç kimə verməməyi tövsiyə edib.

525.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Mamuka Mdinaradze sosial şəbəkədəki səhifəsində yazıb.

“Mən bütün vətəndaşlara, siyasi baxışlarından asılı olmayaraq, müraciət edirəm: nə baş verməsindən asılı olmayaraq, şəxsiyyət vəsiqələrinizi heç kimə verməyin. Həm iştirakınıza, həm də seçiminizə görə hər birinizi məsuliyyət daşımağa çağırıram!”, - deyə Mamuka Mdinaradze sosial şəbəkədəki səhifəsində yazıb.

Əvvəllər Mdinaradze bəzi müxalifət qüvvələrinin qarşıdakı seçkiləri nüfuzdan salmaq üçün konkret addımlar atmaq niyyətində olduqlarını, o cümlədən verifikasiya və səslərin sayılması aparatlarını zədələmək və saxta “karusel” imitasiyası etmək planlarının olduğunu bildirmişdi.

 





22.10.2024    çap et  çap et