525.Az

Rütte: Türkiyənin BRICS ölkələri ilə əməkdaşlığı ölkənin NATO-ya üzvlüyünə zidd deyil


 

Rütte: Türkiyənin BRICS ölkələri ilə əməkdaşlığı ölkənin NATO-ya üzvlüyünə zidd deyil<b style="color:red"></b>

Türkiyənin BRICS ölkələri ilə əməkdaşlıq etmək hüququ var və bu, ölkənin NATO-ya üzvlüyünə zidd deyil.

525.az “Report”-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Estoniyaya səfəri zamanı keçirdiyi mətbuat konfransında deyib.

“Biz NATO-da 32 demokratik ölkəyik və əlbəttə ki, bu və ya digər mövzuda müzakirələr olacaq. Amma bilirik ki, Türkiyə tərəfdaşlarla və ya BRICS tərəfdaşları ilə işləyir, onların bunu etmək hüququ var”, - Rütte jurnalistlərin NATO-nun Türkiyənin BRICS ilə əməkdaşlığın inkişafından narahat olub-olmaması ilə bağlı sualını cavablandırarkən söyləyib.

 





22.10.2024    çap et  çap et