Afrika İttifaqının Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (Africa CDC) qitədə meymunçiçəyi virusundan (mpox) ölüm hallarının 1100-ə çatdığını açıqlayıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, Afrika CDC-nin baş direktoru Jean Kaseya mətbuata verdiyi açıqlamada meymunçiçəyi virusu ilə bağlı cari məlumatları paylaşıb.
Son bir həftədə 3 min hadisənin aşkarlandığını və epidemiyada 50 nəfərin öldüyünü açıqlayan Kaseya, Zimbabve və Zambiyada yeni halların qeydə alındığını açıqlayıb.
Kaseya, epidemiyanın Afrikanın 18 ölkəsində yayıldığını və yoluxma sayının 42 min 438, epidemiyada ölənlərin sayının isə 1100-ə yüksəldiyini bildirib.
Digər tərəfdən, Kaseya, hadisələrin 86 faizinin Mərkəzi Afrika bölgəsində aşkar edildiyini bildirib.
Malik Atilay
çap et