İtaliyanın bir çox bölgəsinə təsir edən güclü yağış və fırtınanın yaratdığı daşqınlarda ən azı bir nəfər ölüb, xilasetmə əməliyyatları ilə yüzlərlə insan təhlükəsiz bölgələrə təxliyə edilib.
525.az “CNN TÜRK”ə istinadən xəbər verir ki, Ötən gün Emilia Romagna bölgəsindəki Bolonya şəhərinə 160 mm yağış yağıb. Bolonyanın Pianoro qəsəbəsində sel sularında itən 20 yaşlı gəncin cansız cəsədi bu gün tapılıb. Bolonya meri Matteo Lepore gecə ərzində şəhərdə 2000-dən çox insanın təxliyə edildiyini, 3500 ailənin işıqsız qaldığını açıqlayıb.
Bazar günü İtaliyanın 20 bölgəsindən 5-də narıncı, 13-də isə sarı təhlükə elan edilib.
Meteoroloqlar ölkənin cənub bölgələrində, xüsusən də Kalabriya və Siciliyada həftənin əvvəlində tufan və yağışların davam edəcəyini proqnozlaşdırırlar.
Ləman İlkin
çap et